“Evin tək uşaqları cəbhəyə göndərilməsinlər” - TƏKLİF

“Evin tək uşaqları cəbhəyə göndərilməsinlər” - TƏKLİF backend

“Azərbaycanda təkuşaqlı ailələrdəki oğlanlar müharibəyə göndərilməməlidir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2023-cü ilin büdcə sənədlərinin müzakirəsi zamanı deyib.

“Onsuz da Azərbaycanda ailələrdə uşaqların sayı ildən-ilə azalır. Ona görə də, təkuşaqlı ailələrdəki oğlanları döyüşlərə, cəbhəyə aparmaq lazım deyil. Vətən müharibəsində bəziləri aparıldı, amma bu, düzgün deyildi”, - deyə Sabir Rüstəmxanlı əlavə edib.

loading...
Diaspora