Türkiyədə iki ilə yaxındır müalicə alan qazi Vətənə qayıtdı - FOTO

Türkiyədə iki ilə yaxındır müalicə alan qazi Vətənə qayıtdı - FOTO backend

Vətən müharibəsindən sonra müalicə üçün Türkiyəyə göndərilən qazi Elşən Xanəliyev Vətənə qayıdıb.

Qaziler.az Report-a istinadla xəbər verir ki, İkinci Qarabağ döyüşlərinin iştirakçısının qardaş ölkədəki müalicəsi başa çatıb və o, doğulduğu Cəlilabad rayonuna dönüb.

Qazimizin rayon Şəhidlər xiyabanının önündə qarşılanma mərasimi keçirilib. Mərasimdə E.Xanəliyevin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eləcə də rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, E.Xanəliyev Vətən müharibəsi zamanı 2020-ci ilin oktyabr ayının əvvəllərində Cəbrayıl istiqamətində yaralanıb. O, 2021-ci ilin fevral ayında müalicə üçün Türkiyəyə göndərilib.

E.Xanəliyev Vətən müharibəsində göstərdiyi şücaətlərə görə "Xocavəndin azad olunmasına görə ", "Cəbrayılın azad olunmasına görə ", "Füzulinin azad olunmasına görə ", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

loading...
Diaspora