Rusiya Ermənistana satdığı qazı ucuzlaşdırdı

Rusiya Ermənistana satdığı qazı ucuzlaşdırdı backend

Rusiya Energetika nazirliyi və Ermənistanın Energetika və Təbii sərvətlər nazirliyi Ermənistana qaz tədarükünün qiymətinin müəyyənləşdirilməsi qaydalarında dəyişikliyə dair protokol imzalayıblar.


APA-nın məlumatına görə, sənəddə Rusiyadan Ermənistana satılan qazın qiyməti 1000 kub metr üçün 189 ABŞ dollarından 165 ABŞ dollarınadək ucuzlaşacaq.

Sənəd həmçinin “Qazprom Armeniya” QSC-nin normal fəaliyyətinin təmin edilməsi üçün baza şərtlərini müəyyən edir.
Diaspora