Rəşad Dağlı ilə bağlı bu video saxta imiş - VİDEO - Yenilənib

Rəşad Dağlı ilə bağlı bu video saxta imiş -  VİDEO - Yenilənib backend

Xəbər verdiyimiz kimi, məşhur meyxanaçı Rəşad Dağlı noyabrın 9-u səhər saat 05:00 radələrində 1979-cü il təvəllüdlü İsgəndər Mehdiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Bakupost.azxəbər verir ki, Rəşad Dağlının İsgəndər Mehdiyevi öldürdüyünü əks etdirdiyi iddiası ilə sosial şəbəkədə video yayılıb. İddia edilib ki, İ.Mehdiyevə 3 nəfər hücum edib, bir nəfər isə bıçaqlayıb.

Halbuki yayılan görüntülərin Rəşad Dağlı ilə heç bir əlaqəsi yoxdur. Belə ki, bu hadisə bir neçə ay öncə Tovuzda baş verən davanın görüntüləridir.

*****

23:15

Xəbər verdiyimiz kimi, məşhur meyxanaçı Rəşad Dağlı noyabrın 9-u səhər saat 05:00 radələrində 1979-cü il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Qaziler.az xəbər verir ki, bununla bağlı "Unikal" görüntülər əldə edib.

Həmin kadrlarda hadisənin baş vermə anı əks olunub.

Görüntülərdə Rəşad Dağlının tək olmadığı, 3 nəfərlə birgə İskəndər Mehtiyevə hücum etdiyi və qətlə yetirdiyi görünür.

O, daha sonra avtomobilə oturaraq ərazini tərk edib.

Diaspora