Rusiyanın Ukraynadakı son itkiləri

Rusiyanın Ukraynadakı son itkiləri backend

"Ukrayna döyüşçüləri son sutka ərzində daha 789 işğalçını məhv ediblər. Ümumilikdə, Rusiya tammiqyaslı təcavüz başlayandan bəri Ukraynada 77 950 əsgərini itirib".

Qaziler.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 77 950 canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 801 tank, 5 666 zirehli maşın, 1 802 artilleriya sistemi, 393 reaktiv yaylım atəşi sistemi, 205 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 260 helikopter, 1 483 PUA, 399 qanadlı raket, 16 gəmi/qayıq, 4 227 avtomobil texnikası və avtosistern, 159 xüsusi texnikadan ibarətdir.

 

loading...
Diaspora