Sabahın hava proqnozu AÇIQLANDI

Sabahın hava proqnozu  AÇIQLANDI backend

Ölkə ərazisində noyabrın 10-da gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq.

 

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11, gündüz 13-16, Bakıda gecə 9-11, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.

 

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 4-9, gündüz 13-17, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.

loading...
Diaspora