Ankarada Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib - FOTO

Ankarada Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib - FOTO backend

Azərbaycanın Türkiyədəki səfirliyi və diplomatik nümayəndəliyimizin nəzdində Silahlı Qüvvələrin Hərbi Attaşelik Aparatı 8 Noyabr – Zəfər Günü münasibətilə Ankarada rəsmi qəbul keçirib.

Qaziler.az xəbər verir ki, Quru Qoşunlar Məktəbində keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin çox sayda general və admiralı iştirak edib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Mərasim zəngin musiqili-bədii proqramla davam edib. Vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlı, Xalq artisti Tünzalə Ağayeva və türk xalq musiqisi sənətçisi Əsəd Kabaklı tədbir iştirakçıları üçün mahnı ifa ediblər. 

 

Diaspora