Bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günü qeyd olunur.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.
Sərəncama əsasən, Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdı.
Lakin dekabrın 3-də Prezident 2 dekabr tarixli sərəncama dəyişiklik etdi.
Prezident İlham Əliyev noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etdi.
Dəyişiklikdə bildirildi ki, Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi münasibətilə hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd edilsin.