Akademik Musiqili Teatrdan Zəfər Günümüzə hədiyyə - Qısa metrajlı FİLM

Akademik Musiqili Teatrdan Zəfər Günümüzə hədiyyə - Qısa metrajlı FİLM backend

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti 8 Noyabr -  Zəfər Gününün ikinci ildönümü ilə əlaqədar "Təki Vətən sağ olsun!" adlı qısametrajlı film hazırlayıb. 

Qaziler.az xəbər verir ki, 44 Günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan filmin ssenari müəllifi və  quruluşçu rejissoru Samir Qulamov, ikinci quruluşçu rejissoru, eyni zamanda operator və montajçısı Murad Həsənovdur.

Filmdəki obrazları Akademik Musiqili Teatrın tanınmış aktyorları, Əməkdar artisti Nadir Xasiyev, onun oğlu Səmədzadə Xasiyev və nəvəsi Əlibəy Xasisoy canlandırıblar. 

Vətənpərvərlik mövzusunda hazırlanan silsilə layihələrin davamı olan bu filmdə teatrın aktyorları İbrahim Əlizadə, Hidayət Əliyev, Murad Əliyev də iştirak ediblər. 

Həmçinin teatrın quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyevin rəhbərlik etdiyi balet truppasının üzvləri də kütləvi səhnələrdə çəkiliblər.

Onların arasında l Qarabağ Müharibəsi iştirakçısı, "Laçının azad olunması uğrunda" medalı ilə təltif olunmuş teatrın balet artisti  Murad Ağayev də vardır. Balaca aktyorlar İbrahim Vasifoğlu və Məhəmməd Vasifoğlu.

Filmdə səsləndirilən musiqinin ("Pıçıldaşan ləpələr") tarda ifaçısı Əli Əsgər Məmmədov, səs operatoru Məhəmməd Məmmədovdur.

Qeyd edək ki, ötən iki il ərzində rejissor Samir Qulamovun ssenarisi və quruluşunda Akademik Musiqili Teatrında  bu səpgidə müxtəlif filmlər çəkilib və sosial media  platformaları vasitəsilə izləyicilərə təqdim edlib. 

Komandirini canı bahasına xilas edən qəhrəman, Musiqili Teatrın işıqçısı, şəhid  Əliağa Məmmədovun xatirəsinə həsr olunan "Döyüşən teatr", yurd həsrətli soydaşlarımızdan bəhs edən  "Əsirlikdən qayıdan lampa", "Laçına ithaf", "Böyük qayıdış"  və s.

Xatırladaq ki, Akademik Musiqili Teatrda Zəfər Günündə saat 19:00-da "Bir nəfəs qədər" (S.Qulamovun pyesi əsasında və  quruluşunda) tamaşası da nümayiş olunacaq.

Diaspora