“Zəfər arzuları” adlı sosial aksiya təşkil edilib - FOTO

“Zəfər arzuları” adlı sosial aksiya təşkil edilib -  FOTO backend

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı parlaq Zəfər xalqımızın qürur mənbəyi, müstəqil dövlətçiliyimizin tarixi nailiyyətidir.

Noyabrın 7-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə Bakının ən böyük ticarət mərkəzlərindən olan “Gənclik Mall”da şanlı Qələbəyə həsr olunmuş “Zəfər arzuları” adlı sosial aksiya təşkil edib.

Aksiya iştirakçılarına kiçik ölçülü standart kağız parçalarına ürək sözlərini yazıb, mərkəzdə quraşdırılmış iri lövhədəki   yumruq təsvirinin üzərinə yapışdırmaq təklif olunur. Lövhənin yanında Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələri mənsubunun maketi qoyulub.

Bundan başqa, Müdafiə Nazirliyi aksiyada iki nəfər hərbçinin iştirakını da təmin edib.

Aksiyada tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimai fəallar və vətəndaşlar iştirak edirlər. 

“Gənclik Mall”a gələnlər, xüsusilə, uşaqlar aksiyaya böyük maraq göstərir, lövhənin önündə, qəhrəman Ordumuzun əsgərləri ilə şəkil çəkdirirlər.

Bu gün saat 11-də başlanan aksiya saat 20-yə kimi davam edəcək.

loading...
Diaspora