Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hazırlanmış videoçarx marağa səbəb olub.
Qaziler.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, videoçarx paytaxtın alış-veriş mərkəzlərində lentə alınıb.
Belə ki, əfsanəvi sənətkar Müslüm Maqomayevin “Azərbaycan” mahnısı kompozisiya şəklində təqdim olunub.
Alış-veriş mərkəzlərinin ziyarətçiləri baş verənləri əvvəlcə təəccüb hissi ilə qarşılayıb, daha sonra ifaçıları alqışlayıb, onları lentə alıblar.
Həmin görüntüləri təqdim edirik: