Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 2005-ci il təvəllüdlü Şəbinur İsayeva qeysəriyyə əməliyyatından sonra səhhətinin pisləşməsi nəticəsində ölüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Təhqiqat aparılır.
16:13
Kürdəmirdə 17 yaşlı qız doğuş zamanı ölüb
APA xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.
Məlumata görə, 17 yaşlı Şəbnur İsmiyeva ötən gün doğuş zamanı dünyasını dəyişib.
APA-nın əldə etdiyi məlumata görə, Şəbnur İsmiyeva bir il əvvəl kənd sakini ilə evlənib. Lakin onların rəsmi nikahı olmayıb.