Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) tarixi Zəfəriimizlə başa çatan 44 günlük Vətən müharibəsinin şəhidlərinin uşaqları üçün master-klass təşkil edib.
Nazirlikdən Qaziler.az-a verilən məlumata görə 4-10 yaş aralığında 25 şəhid övladının iştirak etdiyi bir günlük master-klass uşaqlar üçün robot texnikası və proqramlaşdırma üzrə ixtisaslaşmış “START İT “ şirkəti və “B2B GROUP MMC” ilə əməkdaşlıqda təşkil olunub.
Uşaqlar kiçik mühərriklər,ötürücülər və mikrokontrollerlər vasitəsilə ilk robotlarını qurublar. Onlar həmçinin alqoritm və komandayla işləmək bacarıqlarını təkmilləşdiriblər.
Tədbirin sonunda DOST RİM tərəfindən uşaqlara sertifikat, medal və hədiyyələr təqdim olunub.