Azərbaycanın Ermənistana təhvil verdiyi meyitlərin sayı açıqlandı

Azərbaycanın Ermənistana təhvil verdiyi meyitlərin sayı açıqlandı backend

“2020-ci ilin noyabrın 10-da üçtərəfli bəyanat imzalanandan dərhal sonra Azərbaycan tərəfi onun icrasına başlayıb. Hətta Azərbaycan birtərəfli qaydada pozitiv addımlar atıb. Azərbaycan tərəfi bu müddət ərzində 1 700-dən artıq erməni hərbçinin meyitini Ermənistana təhvil verib”.

Qaziler.az Report-a istinadla xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər Ceyhun Bayramov 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, I Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 000 azərbaycanlının taleyi ilə bağlı hər hansı bir məlumat yoxdur:

“2021-ci ilin qış aylarında 30 illik münaqişə tarixində ilk dəfə Rusiya qazı Azərbaycan ərazisindən Ermənistana nəql edildi. Azərbaycan tərəfi buna da birtərəfli qaydada razılığını verib”.

loading...
Diaspora