USAID rəhbərinin müavini Azərbaycana gəlib

USAID rəhbərinin müavini Azərbaycana gəlib backend

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) rəhbərinin Avropa və Avrasiya Bürosu üzrə müavini səfir Erin MakKi bu gün Azərbaycana səfərə gəlib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Erin Makki Azərbaycanın müstəqilliyinə dəstək ifadə etmək və münaqişə nəticəsində həyatını itirənlərin xatirəsini ehtiramla yad etmək məqsədilə Bakıdakı Şəhidlər Xiyabanını ziyarət edib.

Bundan əvvəl isə o, Bakı Limanının baş direktoru Taleh Ziyadov ilə görüşərək USAID-in Azərbaycanı etibarlı tranzit marşrutu kimi necə dəstəkləyə biləcəyini və Avropa, Qərb, Asiya və Orta Şərqlə daha yaxşı əlaqələr vasitəsilə ticarət əlaqələrini şaxələndirə biləcəyini müzakirə edib.

loading...
Diaspora