Üç qazi Milli Məclisdə işlə təmin olundu - FOTO

Üç qazi Milli Məclisdə işlə təmin olundu  -  FOTO backend

Zəfər Gününün ildönümü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı ilə parlamentdə dövlət qulluğuna qəbul edilmiş bir qrup əməkdaşın andiçmə mərasimi keçirilib.

Qaziler.az xəbər verir ki, qazilər - Nicat İlqar oğlu Abdurrahmanov, İzzət Zakir oğlu Balacayev və Bəşir Nəbi oğlu Hüseynzadə and içiblər. Milli Məclisin sədri Sahibə Qafarova onlara xidməti vəsiqələrini təqdim edərək dövlət qulluğunda gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra parlamentin foyesində yaradılmış “Zəfər Guşəsi”nin açılış mərasimi keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova qırmızı lenti kəsərək “Zəfər Guşəsi”nin açılışını edib.

“Zəfər Guşəsi”nin yuxarı hissəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsi öz əksini tapıb. Mərkəzdə Vətən müharibəsində qazanılmış Zəfər münasibəti ilə Milli Məclisdə təsis olunmuş orden və medallar sərgilənib. Guşənin hər iki tərəfində müharibədə şəhid olmuş Vətən övladlarının adları həkk olunub, işğal dövründə dağıdılmış binalar, azad olunmuş ərazilərdə aparılan möhtəşəm quruculuq və bərpa işləri fotoşəkillərdə öz əksini tapıb.

loading...
Diaspora