Müharibə veteranlarının müavinətlərinin, tələbələrin təqaüdlərinin artırılması təklif olunub

Müharibə veteranlarının müavinətlərinin, tələbələrin təqaüdlərinin artırılması təklif olunub backend

“Azərbaycanda 76 mindən artıq müharibə veteranı var, hələ tam dəqiqləşmə aparılmayıb. Veteranların müavinətləri də indeksləşdirilməlidir”.

“Apa-Economics” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

"Hazırkı müavinətlər 130-150 manata qaldırılmalıdır. Nəzərə alsaq ki, yaşayış xərcləri artır, o zaman bunu etməklə biz onlara köməklik edə bilərik", - deyə deputat bildirib.

Parlamentin komitə sədri tələbələrə verilən aylıq təqaüdlərin artırılmasını da təklif edib: “Yaxşı olar ki, bu məbləğ yaşayış minimumuna uyğunlaşdırılsın. Əgər yaxşı tələbə, yaxşı alim, yaxşı hərbçi yetişdirmək istəyiriksə, tələbəlik vaxtından bu qayğını göstərməliyik. Nəzərə almalıyıq ki, hazırda kampuslar, yataqxanalar tam təşkil edilməyib".

loading...
Diaspora