Mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klass yekunlaşıb

Mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klass yekunlaşıb backend

MTM (Media Təhlil Mərkəzi) Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klass yekunlaşıb.

 

Mətbuat xidmətlərinin fəaliyyətinin effektivliyinin artırılmasına xidmət edən master-klassın proqramına peşəkar mətbuat ofisinin təşkili, jurnalistlərdən gələn sorğuların səmərəli şəkildə cavablandırılması, onların suallarına vaxtında dəqiq cavab verilməsi, Britaniya və Amerikadakı hökumət qurumları tərəfindən idarə olunan veb-saytların nümunəsində bütün məlumatların müfəssəl yer aldığı peşəkar veb-saytın təşkili, inandırma psixologiyası və digər aktual mövzular daxil edilib.

 

1-3 noyabr tarixlərində keçirilən master-klassda iştirakçılar müzakirələrə qoşularaq press-relizlərin hazırlanma forması və sosial media təşəbbüslərinin inkişaf etdirilməsi ilə bağlı sessiyalara qatılıblar. Master-klassın sonuncu günündə iştirakçılar sertifikatlarla təltif olunublar. 

 

 

Əlavə məlumat üçün: 

Email: [email protected]

Telefon: (012) 526-16-16

(994) 55-362-90-95

Diaspora