Fərahim Sadiqin “Əsgərnamə” elegiyası izləyənlərin qanını coşdurdu...

Fərahim Sadiqin “Əsgərnamə” elegiyası izləyənlərin qanını coşdurdu... backend

“Şəhid də var, qazi də var

Ölənimiz yoxdu ana”

Oktyabrın 29-da vətənpərvər mahnıların müəllifi, istedadlı bəstəkar, ictimai fəal Fərahim Sadiqin “Əsgərnamə” elegiyasına çəkilmiş klipin təqdimatı keçirilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının akt zalında gerçəkləşən təqdimat mərasimi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin təşkilatçılığı ilə baş tutub.

AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayevin Qaziler.az-a verdiyi məlumata görə, tədbirdə qazilər, şəhid ailələri, ehtiyatda olan zabitlər, ictimaiyyət və mətbuat nümayəndələri, tanınmış ziyalılar, elm xadimləri və görkəmli sənətkarlar iştirak ediriblər.

“Əsgərnamə” elegiyasının təqdimat mərasimi Azərbaycan Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Azərbaycan AVMVİB-in sədri Füzuli Rzaquliyev qonaqları salamlayıb. Dəvəti qəbul edib gəldiklərinə görə onlara təşkilat adından təşəkkürünü bildirib.

“Əsgərnamə” elegiyasına çəkilmiş klipi qonaqların diqqətinə təqdim etməzdən öncə, Füzuli Rzaquliyev, Azərbaycan AVMVİB-in fəxri üzvü, vətənpərvər musiqiçi, bəstəkar Fərahim Sadiqə, yaradıcılığında hərbi vətənpərvərlik ruhunda mahnılara, kompozisiyalara və müxtəlif janrlarda musiqiərə üstünlük verdiyi üçün, eləcə də, ”Əsgərnamə” elegiyasına, AVMVİB-in Zəngilan rayon şöbəsilə birgə klip çəkilməsinə təşəbbüs göstərdiyi üçün təşəkkür edib. Qeyd edib ki,cəmiyyətimizdə vətən sevgisi aşılayan belə təşəbbüslərə həmişə ehtiyac var və hər kəsin ürəyincədir.

Daha sonra sözügedən elegiyaya çəkilmiş klip tədbir iştirakçılarına təqdim edilib. Tamaşaçılar klipi ayaqüstə alqışlayıblar.

Təqdimatdan sonra çıxış edən general-leytenant Yaşar Aydəmirov, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, sevimli şair Əkbər Qoşalı, xalq artisti Eldost Bayram, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, Fərahim Sadiqin ictimaiyyətə təqdim etdiyi, hər bir şəhidin ruhunu şad edəcək, hər bir şəhid ailəsinin könlünü oxşayacaq və gənclərin tərbiyəsində mühüm rol oynayacaq “Əsgərnamə”sini yüksək dəyərləndirdiklərini bildiriblər. Səmimi ürək sözlərini bölüşən natiqlər, dərin mənalı, qəlbləri coşduran, könülləri riqqətə gətirən belə bir əsəri ərsəyə gətirdiyinə görə müəllifə, təşəkkürlərini bildiriblər və yaradıcılıq uğurlarının davamlı olmasını arzu ediblər.

“Əsgərnamə” əsərinin müəllifi bəstəkar Fərahim Sadiq, xoş sözlərə, onun yaradıcılığına yekdilliklə verilən yüksək qiymətə görə hər kəsə səmimi minnətdarlığını bildirib. Vurğulayıb ki, söylənilən rəylər, ünvanına deyilən hər xoş kəlmə ona çox güclü motivasiya verir və bundan sonra da xalq üçün, dövlət üçün daha böyük həvəslə çalışmağa ruhlandırır.

Daha sonra, ehtiyyatda olan polkovnik Hikmət Ağayev, I Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polis mayoru İsmayıl Həkimov, Zəngilan rayon Mədəniyyət idarəsinin müdiri Mehman Nəsirov, Rəşadət ordenli qazi, mayor Elçin Allahverdiyev, tədbirdə iştirak edən şəhid ailələri və digər ziyalılar da elegiyanı böyük məmnuniyyətlə izlədiklərini, əməyi keçən hər kəsə minnətdar olduqlarını söyləyiblər.

Sevimli ifaçı Şəmistan Əlizamanlı hörmətli qonaqların istəyilə onlara öz repertuarından bir neçə mahnı ərməğan edib.Tədbirin fəxri qonaqlarından olan Aşıq Ruhiyyə Qarabağlı "Əsgərimə heykəl qoyun" mahnısı ilə bütün zalı coşdurub. Mahnı tədbir iştirakçılarını həm kövrəldib, həm də qürurlandırıb. Müğənni İlqar Zəngilanlı da dəvətə görə təşəkkürünü bildirərək sözləri Həsən Orucoğluna, aranjimanı Fərahim Sadiqə, musiqisi İlqar Zəngilanlıya aid olan, AVMVİB-in şərəfinə ithaf edilmiş “Vətən bizim gözümüz” mahnısını səsləndirib.

Xəyyam Məmmədov, Vüqar Əlisoy, Aysel Nəcəfzadə, Tural Nəqşicahan, Səadət Qərib də “Əsgərnamə”yə yazılan sözlərin həmmüəllifləri kimi tamaşaçılar tərəfindən alqışanıblar.

Elegiyanın müəllifi Fərahim Sadiq və iştirakçıları Azad Musayev, Zakif Abbasov, Qorxmaz Nəsirov, İlham Səfərov, Zülfü Həsənəliyev, Mehdi Şahməmmədov, Azər Musayev yenidən səhnəyə dəvət olunaraq bir daha “Əsgərnamə” elegiyasını canlı ifa ediblər.

Tədbirə ev sahibliyi edən ehtiyatda olan zabit, AVMVİB-in sədri Füzuli Rzaquliyev bir daha tədbir iştirakçılarına hər şeyə görə minnətdarlıq edib və tədbirin keçirilməsi üçün dəstəyini əsirgəməyən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan zabit Cəlil Xəlilova xüsusi təşəkkürlərini bildirib.

Qeyd edək ki,”Əsgərnamə” elegiyasına çəkilmiş klip artıq, sosial şəbəkələrdə istifadəçilər tərəfindən maraqla izlənilir

loading...
Diaspora