Ölkədə son sutkada koronadan ölən olmayıb

Ölkədə son sutkada koronadan ölən olmayıb backend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 49 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 823 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 154 nəfər müalicə olunaraq sağalıb, hazırda 313 aktiv xəstə var. Bu günə qədər 9 951 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 957, bu günə qədər isə ümumilikdə 7 327 421 test icra olunub.

loading...
Diaspora