Vətən uğrunda canlarından keçən 91 şəhidin foto-güşəsi əks edilmiş abidə kompleksinin açılışı olub - FOTO

Vətən uğrunda canlarından keçən 91 şəhidin foto-güşəsi əks edilmiş abidə kompleksinin açılışı olub - FOTO backend

Noyabrın 2-də Səbail rayonunda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən 91 Səbail rayon şəhidinin əziz xatirələrinin əbədiləşdirilməsi məqsədilə yenidən qurulmuş Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən “Şəhidlər” abidə kompleksinin açılış mərasimi keçirilib.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, millət vəkili Nigar Arpadarai və Aqil Abbas, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİH-in məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri iştirak ediblər.  

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidə kompleksinin önünə gül dəstələri düzülüb.

Mərasim zamanı 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən səbailli döyüşçülərin həm Birinci Qarabağ, həm də Vətən müharibəsi zamanı qəhrəmanlıqlarından, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan söhbət açılıb. Qeyd olunub ki, məhz onların döyüş əzmi və Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində torpaqlarımız işğaldan azad olunub.

Daha sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorlarının ifasında “Bizə bir nəfəs qədər yaxınsınız” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Mərasimdə iştirak edən şəhidlərin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, cari ilin 2-ci yarısında abidə kompleksinin tikintisi üçün şəhid ailələrinin təklif və müraciətləri nəzərə alınaraq yeni layihə və memarlıq-arxitektura üslubunda yenidənqurulması ilə bağlı qərar qəbul olunub. Ümumi sahəsi 500 kv.m olan kompleksdə 8,5 metr hündürlüyündə təbii mərmərdən inşa olunan abidədə Vətən uğrunda canlarından keçən 91 şəhidin foto-güşəsi yaradılıb, 100 kv.m sahədə qranit daş döşəmə örtüyü salınıb, yeni işıqlandırma sistemləri quraşdırılıb. Eyni zamanda kompleks ətrafında yeni park salınıb, burada yeni oturacaqlar quraşdırılıb, həmişəyaşıl ağaclar və gül kolları əkilib.

loading...
Diaspora