Paşinyan: "Soçidə sülh istiqamətində irəliləyiş olub"

Paşinyan: "Soçidə sülh istiqamətində irəliləyiş olub" backend

“Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Vladimir Putinlə keçirdiyimiz üçtərəfli görüş regionda sülhün bərqərar edilməsi istiqamətində irəliləyiş olub”.

“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

O bildirib ki, Ermənistanın Soçi görüşündən əvvəl və ondan sonrakı siyasəti dəyişməzdir.

Hökumət başçısı söyləyib ki, Soçidə keçirilən üçtərəfli görüşdə yalnız Praqada əldə olunan razılaşmalar təsdiqlənib: “Biz razılıqları təsdiqləmişik, Rusiya və Azərbaycandan da etiraz olmayıb”.

Qeyd edək ki, oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Liderlər müzakirələrin sonunda bəyanat imzalayıblar.

loading...
Diaspora