DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazir harada olub?

DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı  nazir harada olub? backend

Mədəniyyət Nazirliyi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) noyabrın 1-də keçirdiyi əməliyyat zamanı nazir Anar Kərimovun iş yerində olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova Oxu.Az-a bildirib ki, ötən gün nazir rəsmi ezam səfərində olub:

“Noyabrın 1-də Anar Kərimov ezam səfərində olub. Bu gün isə işinin başındadır”.

Məlumata görə, noyabrın 1-də A.Kərimov Kəlbəcər rayonunda səfərdə olub.

Unikal.az-ın yaydığı məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində noyabrın 1-də əməliyyat keçirdiyi zaman nazir Anar Kərimov iş yerində olmayıb. Xəbərdə qeyd edilib ki, A.Kərimov DTX-nin əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.

 

Diaspora