"SOCAR Turkey Enerji"nin yaratdığı "SOCAR Fiber" şirkəti Transanadolu qaz kəməri (TANAP) boyunca 800 kilometrlik kabel çəkəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə "SOCAR Turkey Enerji"nin rəhbəri Kənan Yavuz deyib
Onun sözlərinə görə, bu, gələcəkdə şirkətin Türkiyənin telekommunikasiya bazarında iri oyunçulardan birinə çevrilməsinə imkan verəcək.
Qeyd edək ki, "SOCAR Fiber" 2013-cü ilin mayında yaradılıb.