Bu gün Moderator.az xəbər portalı ad gününü qeyd edir.
Qaziler.az saytı xəbər verir ki, Moderator.az-ın fəaliyyətə başlamasından 10 il ötür.
Gündəlik 2 dildə - Azərbaycan və rus dillərində xəbərlər yayan portal 2012- ci il-də fəaliyyətə başlayıb.
10 illik fəaliyyəti dövründə qazilərin, müharibə insanlarının problemlərinə laqeyd qalmayan Moderator.az bu problemi işıqlandıraraq bir növ onların tribunası olub. Sayt müharibə insanlarına həmişə xüsusi diqqət ayırıb.
"Qarabağ qaziləri" ictimai birliyi və Qaziler.az saytının kollektivi müharibə adamlarının dərdinə, qayğısına heç vaxt biganə qalmayan Moderator.az saytının baş redaktoru və yaradıcısı Zülfüqar Hüseynzadə başda olmaqla saytın bütün əməkdaşlarını 10 illik yubiley münasibətilə təbrik edir, qalmaqallardan uzaq olan həmkarlarımızı həmişə belə obyektiv qalaraq 10 rəqəminin yanına bir sıfır artana qədər fəaliyyət göstərməyi arzulayırıq.
Qələmin iti, uğurların bol olsun, əziz Moderator.az!