Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkılatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Müvəkkil Hüquq Mərkəzində "Şəhid ailələri və qazilərin hüquqlarının müdafiəsi" adlı tədbir keçirilib. Təşkilatın rəhbəri, hüquqşunas Səməd Vəkilov bildirib ki, şəhid ailələrinin, müharibə iştirakçılarının və müharibə əlillərinin hüquqlarının təmin olunması dövlətimizin daim diqqət mərkəzindədir. Həyata keçirilən bu layihə də dövlət siyasətinin tərkib hissəsidir.
Qaziler.az qth.az-a istinadla xəbər verir ki, S.Vəkilov bildirib ki, layihə çərçivəsində 4 şəhər və rayonda tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Şirvan şəhərində tədbirin keçirilməsi Azərbaycan Respublikası Milli Məclisin deputatı, millət vəkili İltizam Yusifovun təşəbbüsü ilə baş tutub.
Tədbirin və birliyin başlıca məqsədinin şəhid ailələri, müharibə əlilləri və veteranlarının hüquqlarının müdafiəsinin təşkilinə hüquqi dəstək göstərmək və bu istiqamətdə maarifləndirmə işini təşkil etmək olduğu tədbir iştirakçılarınının diqqətinə çatdırılıb.
Tədbirdə şəhid adlarının əbədləşdirilməsi və şəhid ailə üzüvlərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması və.s mövzularda müzakirələr aparılıb. Səməd Vəkilov şəhid ailəsi statusu, onlara verilən təminatlar, şəhid ailələrinin mənzillə təmin edilməsi qaydaları, "Müharibə veteranı" statusu verilməsindən imtinanın əsasları, veteran vəsiqəsi, "Müharibə veteranı" statusunun verilməsi və s. məsələlər barədə tədbir iştirakçılarına məlumat verib.
Təşkilatın sədr müavini, müharibə iştirakçısı Mobil Vəkiloğlu tədbir iştirakçılarının suallarını cavablandırıb.
Millət vəkili İltizam Yusifovun səlahiyyətli nümayəndəsi Taleh Məmmədov şəhid ailələrinin, müharibə əlillərinin və veteranların müntəzəm olaraq deputat İltizam Yusifov tərəfindən qəbul olunduğunu, Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan səyyar görüşlər zamanı da qeyd olunan şəxslərlə görüşdüyünü, hər zaman yanlarında olduqlarını vurğulayıb.
Vətən müharibəsi zamanı şəhər sakinlərinin Ali Baş komandanın ərtafında sıx birləşərək ordumuza hər cür dəstək göstərdiyini qeyd edən Taleh Məmmədov bu gün də şəhər ictimaiyyətinin hər zaman şəhid ailələrinə, qazilərə diqqət və ehtiramla yanaşdığını bildirib.
Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev dövlət tərəfindən şəhid ailələrinə, müharibə əlillərə və veteranlarına daim qayğı ilə yanaşıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısı İlqar Abbasovun şəhid ailələrinə diqqət və qayğısından ətraflı danışan Elvin Balayev hər ayın son cümə axşamında İcra başçısı İlqar Abbasovun yerli idarə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərlərinin iştiraki ilə Şəhidlər Xiyabanını ziyarət etdiyini, şəhid ailə üzvlərini dinlədiyini vurğulayıb. Bununla yanaşı, hər həftənin çərşənbə günü Şirvan Şəhər İcra Hakimiyyətinin İnzibatı binasında, cümə axşamı günləri isə səyyar görüşlərdə qəbullar zamanı şəhid ailələrinə xüsusi diqqətlə yanaşıldığı və ölkə rəhbərliyinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq problemlərinin həlli istiqamətində zəruri tədbirlər görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin ikinci hissəsi şəhid ailələri və müharibə əlillərinin iştirakı ilə qarşılıqlı dialoq formatında təşkil olunub, onları narahat edən bəzi məsələlər, həmçinin təkliflər qeydə alınıb.
Daha sonra tədbir iştirakçıları Şəhid Elnur Qarayevin, Röyal Məmmədovun, Amal Alışanlının xatirəsinin əbədiləşdiriləməsi məqsədi ilə inşa edilən xatirə bulağı və xatirə lövhələrini, həmçinin Şəhidlər Xiyabanını ziyarət ediblər.
Şəhidlər Xiyabanında 1-ci Qarabağ müharibəsi zamanı və atəşkəs dövründə şəhidlik məqamına ucalmış şəhidlərimizin məzar daşlarının yenilənməsi, qəmgin ana abidəsi qonaqlar tərəfində xoş təassüratla qarşılanıb. Ziyarət zamanı Şirvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri, müharibə iştirakçısı Elvin Balayev şəhidlərimizin keçdiyi həyat və döyüş yolu barədə qonaqlara ətraflı məlumat verib.