Azərbaycanda üçgünlük körpə ölüb

Azərbaycanda üçgünlük körpə ölüb backend

İsmayıllı rayonunda üçgünlük körpə ölüb.

“Report”un əldə etdiyi məlumata görə, üç gün əvvəl rayonun Hacıhətəmli kənd sakinlərinin ailəsində dünyaya gələn körpənin halı pisləşib.

Ailə üzvləri körpəni İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Daha sonra ailə onu Bakı şəhərində yerləşən xəstəxanaların birinə aparmaq üçün yola çıxıblar.

Lakin körpə rayonun Basqal kəndi ərazisi yaxınlığında keçinib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Diaspora