Azərbaycan XİN Koreya Respublikasına başsağlığı verib

Azərbaycan XİN Koreya Respublikasına başsağlığı verib backend

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Koreya Respublikasına başsağlığı verib.

Qaziler.az xəbər verir ki, bu barədə Nazirlik tviter hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Koreya Respublikasının Seul şəhərində baş vermiş faciəvi izdiham zamanı insan tələfatı bizi dərindən kədərləndirir. Koreya hökumətinə və xalqına başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmalarını diləyirik”.

Xatırladaq ki, oktyabrın 29-da Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramının qeyd edilməsi zamanı şəhərin mərkəzindəki İtxevonda baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfər ölüb.

loading...
Diaspora