Seuldakı izdihamda ölənlər arasında azərbaycanlılar var? - RƏSMİ

Seuldakı izdihamda ölənlər arasında azərbaycanlılar var? - RƏSMİ backend

Cənubi Koreya paytaxtı Seulda Hellouin bayramının qeyd edilməsi zamanı baş verən izdiham nəticəsində ölənlər və xasərət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycanın Cənubi Koreyadakı səfirliyi məlumat yayıb.

"Ölənlər və yaralananlar arasında vətəndaşlarımızın olması haqqında hazırda hər-hansı məlumat daxil olmayıb. Bütün soydaşlarımızdan zəruri hallarda təcili olaraq səfirliklə əlaqə saxlamaları xahiş olunur".

Xatırladaq ki, oktyabrın 29-da axşam saatlarında kafe və restoranların, gecə klublarının yerləşdiyi ərazidə təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənliklərində izdiham yaranıb. Nəticədə 151 nəfər ölüb, 19-u ağır olmaqla 82 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Həyatını itirənlər arasında Çin, Norveç, İran və Özbəkistan, Rusiya vətəndaşları da var. Hadisədə ölənlərin çoxunun 30 yaş civarındakı gənclər olduğu bildirilir.

loading...
Diaspora