Ölkədə son sutkada peyvənd olunanların sayı açıqlandı - FOTO

Ölkədə son sutkada peyvənd olunanların sayı açıqlandı - FOTO backend

Azərbaycanda son gündə koronavirus əleyhinə 555 vaksin vurulub.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 144, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 122, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 246, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 43 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 910 603, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 389 900, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 871 313, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 386 409, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 981 nəfər təşkil edir.

loading...
Diaspora