"Almaniyanın Rusiya ilə münasibətləri iflasa uğrayıb" - Ştaynmayyer

"Almaniyanın Rusiya ilə münasibətləri iflasa uğrayıb" -  Ştaynmayyer backend

Bu müharibə Mixail Qorbaçovun ümumi Avropa evi haqqında arzusunu puç edib..."

 

"Hər şey bizim Almaniyada təsəvvür etdiklərimizdən daha dəhşətlidir..."

 

"Almaniyanın Rusiyaya münasibətdə apardığı siyasət tamamilə iflasa uğrayıb..."

 

"Bizi çox çətin illər gözləyir və böhran hamımızdan yenidən təvazökar olmağı tələb edir..."

 

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Berlinlə Moskvanın münasibətlərində "tarixi qırılma" törədib, müharibə isə Mixail Qorbaçovun ümumi Avropa evi haqqında arzusunu puç edib.

 

Moderator.az xəbər verir ki, bunu Almaniya prezidenti Frank-Valter Ştaynmayyer bəyan edib. Məlumatı "lenta.ru" nəşri yayıb.

 

"Biz bugünkü Rusiyaya baxanda, köhnə arzulara yer olmadığını götürük. Bu gün bizim ölkələrimiz bir-birilə qarşı-qarşıya dayanıb", - o, deyib.

 

Almaniya prezidenti vurğulayıb ki, Almaniyanın Rusiyaya münasibətdə Ukraynaya müdaxilədən öncə apardığı siyasət "tamamilə iflasa uğrayıb" və Rusiya ilə yaxşı münasibət saxlamağa cəhdlərinə görə özünün məsuliyyətini etiraf edib.

 

O, Almaniya sakinlərinə müraciət edərək, Ştaynmayyer məlumat verib ki, onları çətin illər gözləyir: "Hazırki böhran tələb edir ki, biz yenidən təvazökar olaq".

 

Onun sözlərinə görə, Almaniya qarşısı alınan hesab edilən "başqa zamana" qərq olub. Bu, "zorakılıq və qaçışla" müşayiət olunur və indi ölkə müharibə alovunun bütün Avropanı bürüyəcəyi narahatlığı ilə yaşayır.

 

Ştaynmayyer oktyabrın 25-də Ukraynanı ziyarət edib. Səfər anons edilməyib və Rusiyanın müdaxiləsindən sonra ilk səfər olub.

 

Hava həyəcanı siqnalı verildiyindən prezident bir saatda  artıq Çerniqov vilayətində sığınacaqda keçirməli olub, sakinlərlə və Koryukovkanın meri ilə ünsiyyətdə olub.

 

Evə dönəndən sonra Ştaynmayyer bəyan edib ki, Rusiyanın törətdiyi müharibənin tarixçələrindən şok keçirib. "Hər şey bizim Almaniyada təsəvvür etdiklərimizdən daha dəhşətlidir", o, deyib.

loading...
Diaspora