Sahil Babayev yüksək texnologiyalı protezlərlə təmin edilmiş hərbçilərlə görüşdü - FOTO

Sahil Babayev yüksək texnologiyalı protezlərlə təmin edilmiş hərbçilərlə görüşdü - FOTO backend

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yüksək texnologiyalı protezlərlə təmin olunmuş, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüşüb.

Qaziler.az xəbər verir ki, görüşə Nazirliyin müxtəlif strukturlarında işlə təmin olunmuş Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) keçmiş hərbçiləri də qatılıb.

Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə Vətən müharibəsindən sonra icra olunan geniş miqyaslı sosial dəstək paketi şəhid ailələri, müharibə iştirakçılarından ibarət olmaqla artıq 119 min şəxsi əhatə edib, onlara dəstək yönümlü 243 min xidmət göstərilib.

O cümlədən, postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min, ümumilikdə ötən dövrdə 13 minədək mənzil və fərdi ev təqdim edilib. Vətən müharibəsindən sonra 284 avtomobil, ümumilikdə ötən dövrdə 7500 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.

Həmin dövrdə şəhid ailələri və müharibə iştirakçılarından ibarət 15,5 min şəxs aktiv məşğulluq proqramlarına, o cümlədən 8,8 min şəxs özünüməşğulluq proqramına cəlb edilib. 11 min nəfər isə sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub, həmçinin digər istiqamətlərdə dəstək işləri aparılıb.

Qeyd olunub ki, postmüharibə dövründə Nazirliyin reabilitasiya müəssisələrində müharibə ilə əlaqədar əlilliyi olan 2600-ə yaxın şəxsə reabilitasiya xidmətləri göstərilib, bu kateqoriyadan olan 1654 şəxsə isə 26260 reabilitasiya vasitəsi verilib.

Cənab Prezidentin tapşırığına əsasən, başlıca dəstək istiqamətlərindən biri də Zəfərimiz naminə şərəfli döyüş yolu keçərkən yaralanıb əzalarını itirmiş igid hərbçilərimizin son nəsil yüksək texnologiyalı protezlərlə təminatı olub. 2020-ci ildən bu proqrama başlanıb və artıq yekunlaşdırılıb. Eyni zamanda, bu proqram paralel olaraq Birinci Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxsləri də əhatə edib.

Ümumilikdə müharibə ilə əlaqədar əlilliyi olan 353 şəxs 368 ədəd yüksək texnologiyalı 4-cü nəsil müasir protezlə təmin edilib.

2018-2022-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib və nəticədə reabilitasiya xidmətləri göstərilməsi üçün potensial 3,6 dəfə artıb.

Müasir tələblərə uyğun qurulmuş bu reabilitasiya infrastrukturu müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təmin edilməsi baxımından da mühüm önəm kəsb edir.

Son nəsil protezlə təmin olunmuş hərbçilərdən Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər Ziya Kazımov, Mobil Əhmədzadə, Bəşir Məmişov, Nazirliyin müxtəlif strukturlarında işlə təmin olunmuş XTQ hərbçiləri Turab Allahverdiyev, İlham Əliyev müharibə iştirakçılarının rifahı, eyni zamanda müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpası, müasir reabilitasiya vasitələri ilə təmin edilməsi, yenidən aktiv həyata dönüşü üçün aparılan işlərdən razılıqla bəhs ediblər. Onlar göstərilən bu yüksək qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Nazir və müasir protezlə təmin olunmuş hərbçilər, XTQ hərbçiləri yüksək texnologiyalı protezlərin istehsalı sexi ilə tanış olublar.

#

loading...
Diaspora