Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən daha bir qrup 18 yaşınadək əlilliyi olan şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, onlar Agentliyin Abşeron Sosial Xidmət Mərkəzində xidmətə cəlb edilən uşaqlardır.
Həmin şəxslər Şahdağ Quba Truskavets Tibbi Sanatoriyasında 14 gün müddətində müxtəlif müalicə prosedurlarına cəlb ediləcəklər.







