"Könüllü DOST"larımız Vətən müharibəsində qazanılmış Qələbənin 2-ci ildönümünə həsr olunan "Könüllü Qaliblər" proqramının ikinci komponenti çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, o cümlədən, tabeliyindəki qurumlarda fəaliyyət göstərən müharibə iştirakçılarını ziyarət edərək, onlara simvolik hədiyyələr təqdim edib, təbrik ediblər.
Nazirlikdən Qaziler.az-a verilən məlumata görə, əməkdaşlara təqdim olunan açıqcalarda əməkdaşlar şəhid övladlarına öz arzularını qeyd edərək, könüllülərə təqdim ediblər.
Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi, "Könüllü DOST" proqramının təşkilatçılığı ilə həyata keçirilir. Proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, o cümlədən, nazirliyin tabeliyində olan qurumlarda fəaliyyət göstərən müharibə veteranları və şəhid ailə üzvlərini əhatə edir.








