Leysan və qar yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ

Leysan və qar yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ backend

Bakıda və Abşeron yarımadasında oktyabrın 29-u gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər saatlarında duman olacaq.

Oktyabrın 28-i axşam şimal və qərb rayonlarından başlayaraq 30-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.

loading...
Diaspora