Yazıçılar Birliyi 203 min manatın hesabatını nə vaxt verəcək? - RƏSMİ

Yazıçılar Birliyi 203 min manatın hesabatını nə vaxt verəcək? -  RƏSMİ backend

Azərbaycan Yazıçılar Birliyi XIII Qurultay üçün ayrılan 203 min manatla bağlı hesabat verəcək.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, məbləğin hansı istiqamətlər üzrə xərclənməsi maliyyə hesabatı zamanı açıqlanacaq:

“Bu hesabatın verilməsi isə dekabr ayının sonuna təsadüf edəcək”.

Qeyd edək ki, oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı keçirilib.

Tədbirdən sonra Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayevin AYB-nin XIII qurultayı üçün ayrılan 203 min manatın hara xərclənməsi barədə suala cavabında jurnalisti təhqir edərək, “Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən?” deməsi böyük qalmaqala səbəb olub.

loading...
Diaspora