Bakıda “yaşıl dalğa”nın tətbiq olunduğu küçə və prospektlərin adları açıqlanıb. Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) “APA-Econoics”ə verilən məlumata görə, paytaxtın 4 prospekti və 11 küçəsində “yaşıl dalğa”nın tətbiqinə başlanılıb.
“Yaşıl dalğa”nın tətbiq olunduğu küçə və prospektlər aşağıdakılardır:Yaşıl Dalğa prinsipi ilə işləyən küçələr və prospektlər
№
Hərəkət istiqamətinin adı
Abbasqulu ağa Bakıxanov küçəsi
Rəşid Behbudov küçəsi
Tbilisi prospekti
Üzeyir Hacıbəyov küçəsi
Zərifə Əliyeva küçəsi
Akademik Həsən Əliyev küçəsi
Alfred Nobel prospekti
Hüseyn Cavid küçəsi
Bülbül prospekti
Səməd Vurğun küçəsi
Cəfər Cabbarlı küçəsi
Hənifə Ələsgərova küçəsi
Təbriz küçəsi
Abbas Mirzə Şərifzadə küçəsi
Qara Qarayev prospekti
Xatırladaq ki, yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq paytaxtdakı təhsil müəssisələrinin yerləşdiyi ərazilər müəyyən olunub və “yaşıl dalğa”lar daha çox məhz orada tətbiq olunur. Bu ərazilərdə avtomobillərin sayı həddindən artıq çox oduğundan avtomobillərin dayanmaması, sıxlığın və tıxacların yaranmaması üçün “yaşıl dalğa” əmri daha çox bu yerlərdə tətbiq olunur.