Bakıda saxta polis saxlanılıb

Bakıda saxta polis saxlanılıb backend

Paytaxt parklarında istirahət edən şəxslərə yaxınlaşaraq özünü polis əməliyyatçısı kimi aparıb pul tələb edən şəxs müəyyən olunub.

Qaziler.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1987-ci il təvəllüdlü Rəsul Əliyev tutularaq məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə 102 - Zəng Mərkəzinə, eləcə də Nərimanov Rayon Polis İdarəsinə, yaxud 18-ci Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.

Diaspora