“203 min manat belə qurultay üçün “semiçka” puludur” - Aqil Abbasdan AÇIQLAMA

“203 min manat belə qurultay üçün “semiçka” puludur” - Aqil Abbasdan AÇIQLAMA backend

“Çingiz Abdullayev ona ünvanlanan suala sakitcə cavab verə bilərdi, yaxud deyərdi ki, indi yeri deyil. Ancaq əsəbiləşib, belə cavab verməsi düzgün olmadı. Gərək elə ifadələr işlətməzdi”.

Bunu Modern.az-a Milli Məclisin deputatı, yazıçı Aqil Abbas Xalq yazıçısı Çingiz Abdullayevin jurnalisti təhqir etməsinə münasibət bildirərkən deyib.

Ç.Abdullayevi qınayan deputat bildirib ki, jurnalist sual verirsə, ona cavab vermək lazımdır:

“Mənə də sensasiyalı suallar verirlər. Mən həmin sualları təmkinlə cavablandırıram. Hətta heç mənə aidiyyəti olmayan sual olsa belə, cavab verirəm. Məsələn, “mən həmin sualın mövzusundan xəbərsizəm”, - deyirəm. O cür qurultayın sonunda belə bir söhbətin olmasını istəməzdim. Çingizin adı gərək belə hallanmazdı”.

Qurultayın keçirilməsi üçün 203 min manat vəsaitin ayrılmasına gəlincə, deputat bunun təəccüblü olmadığını söyləyib. A.Abbas vurğulayıb ki, 203 min manat belə qurultay üçün “semiçka” puludur:

“203 min manat Azərbaycan Yazıçılar Birliyinin dünənki qurultayı üçün nədir ki? 30-40 qonaq çağırılmışdı. Hamısı da təyyarə ilə gəlmişdi. Beləliklə, bu vəsait təkcə bilet pulunu ödəyir. Qonaqlar üç gündür buradadır. Onların yemək pulu, hotel pulu var. Cangüdənlər də fəaliyyət göstərirdi”.

Qeyd edək ki, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayevin AYB-nin XIII qurultayı üçün ayrılan 203 min manatın hara xərclənməsi barədə suala cavabında jurnalisti təhqir edərək, “Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən?” - deməsi böyük qalmaqala səbəb olub.

loading...
Diaspora