Seyid Camal: “Azərbaycan dünyaya təkcə neft deyil, tolerantlıq da ixrac edir“

Seyid Camal: “Azərbaycan dünyaya təkcə neft deyil, tolerantlıq da ixrac edir“ backend

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli - mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı növbəti tədbirini Ağdamda keçirib. Birlikdən Lent.az-a verilən məlumata görə, tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun milli - mənəvi dəyərləri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmalarıdır:

“Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib. Adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlət quruculuğu arasında sıx vəhdət var. Belə ki, hər bir dövlətin gücü, ilk növbədə, adət və ənənələrin cəmiyyəti əxlaqi, milli vətənəpərvərlik baxımından düzgün istiqamətə yönəltməsindən, onları saf təməllər üzərində tərbiyə etməsindən asılıdır”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəylinin sözlərinə görə, tarixən milli kimliyinə sahib olmayan millətlərin adı ancaq tarixdə qalır. O bildirib ki, milli adət və ənənələrinə sadiq olan millət yad düşüncələrin qurbanına heç vaxt çevrilmir: “Bu gün Qarabağın işğaldan azad olunmasının yollarından biri də mənəvi dəyərlərimizə hər bir ölkə vətəndaşının sahib olmasından keçir. Azərbaycan bu gün dünyaya təkcə neft deyil, eyni zamanda xalqımızın ali dəyərlərindən olan tolerantlıq ixrac edir”



Diaspora