15 mindən çox şəhid ailəsi və müharibə veteranı məşğulluq proqramlarına cəlb edilib

15 mindən çox şəhid ailəsi və müharibə veteranı məşğulluq proqramlarına cəlb edilib backend

44 günlük Vətən müharibəsindən sonra sosial dəstək paketi çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilməsi işləri aparılır.

 

Nazirlikdən Qaziler.az-a verilən xəbərə görə, postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 15521 şəhid ailəsi və müharibə veteranı aktiv məşğulluq proqramlarına cəlb edilib.

 

Onlardan 8838 nəfəri özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları, kiçik biznes sahələri yaradılıb. Agentlik tərəfindən həmin kateqoriyalara aid 6505 nəfər isə münasib işlə təmin edilib.

 

Həmçinin postmüharibə tədbirləri çərçivəsində şəhidlərinin ailə üzvləri və müharibə iştirakçıları olan 178 şəxs peşə hazırlığına cəlb edilib.

Diaspora