Xalq yazıçısı Anar Rzayev yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.
“Report” xəbər verir ki, AYB-nin XIII qurultayında səsvermə keçirilib. Səsvermə nəticəsində Anar növbəti müddətə AYB sədri seçilib.
Qeyd edək ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçirilib. Qurultayda 4 komissiya təyin olunub, sədr və üzvləri seçilib.