54 gün erməni mühasirəsində qalmış azərbaycanlılarla bağlı “Parabüzən” filmi təqdim olunacaq - VİDEO

54 gün erməni mühasirəsində qalmış azərbaycanlılarla bağlı “Parabüzən” filmi təqdim olunacaq -  VİDEO backend

Vətən müharibəsi nəticəsində 30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarımız azad olundu. Birinci Qarabağ müharibəsi zamanı həmin torpaqlarda ermənilərin törətdiyi barbarlıq, vəhşilik, soyqırımı və faciələri təsdiqləyən bir çox sübut və dəlillər də üzə çıxdı.

Həmin dövrdə 19 Azərbaycan vətəndaşı Laçın rayonunun işğalı zamanı 54 gün erməni mühasirəsində qalıb. Hadisələr 1993-cü ilin martın 31-dən mayın 23-dək cərəyan edib.

Qeyd olunan ərəfədə hadisələrin baş verdiyi yerləri lentə almaq, faktları canlı şahidlərin müsahibələri ilə sənədləşdirmək məqsədilə “Global Media Group” şirkətinin dəstəyi ilə “Parabüzən” sənədli filmi çəkilib.

Filmin baş qəhrəmanları 29 il əvvəl hadisələrin baş verdiyi ərazilərə - Kəlbəcər və Laçın rayonlarına baş çəkiblər. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Ayaz Mirzəyev, operatoru Ağa Nağıyev, montajçı Arzum Nuruşzadədir.

“Parabüzən” filmi yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

loading...
Diaspora