Yasamalda partlayan su xəttinin təmiri nə vaxtadək davam edəcək? – VİDEO

Yasamalda partlayan su xəttinin təmiri nə vaxtadək davam edəcək? – VİDEO backend

Bakıda magistral su kəmərində qəzanın baş verdiyi ərazidə görülən tədbirlər sayəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi sona çatdırılıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

12.45

Bakının Yasamal rayonunun Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəzanın nəticələri günün sonuna qədər aradan qaldırılaraq mərkəzi və məhəllədaxili anbarlara suyun nəqli təmin ediləcək.

Qaziler.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, bu müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali dayanıqlı içməli su ilə təmin olunacaq, eyni zamanda qəza baş verən ərazidə yol yatağının bərpası işləri həyata keçiriəcək və nəqliyyatın normal hərəkəti mümkün olacaq.

loading...
Diaspora