Su borusunun partlamasına görə 3 marşrutun hərəkət istiqaməti dəyişdirildi

Su borusunun partlamasına görə 3 marşrutun hərəkət istiqaməti dəyişdirildi backend

Yasamal rayonu Əsəd Əhmədov küçəsində su borusunun partlaması səbəbindən həmin ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Qaziler.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Qeyd olunub ki, hal-hazırda qeyd olunan marşrutlar üzrə avtobuslar alternativ küçələr ilə hərəkət etməkdədirlər.

loading...
Diaspora