Bakıda "ölüm şossesi": bu yolda hər ay insanlar ölür - VİDEO

Bakıda "ölüm şossesi": bu yolda hər ay insanlar ölür - VİDEO backend

Bakıda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Qaziler.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Mərdəkan-Buzovna şossesində qeydə alınıb. Belə ki, Xəzər rayon sakini Ruslan Mirzəyev idarə etdiyi avtomobillə yaşlı qadını vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Bakı şəhər dövlət yol polis idarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, həmin ərazidə baş vermiş piyada vurulması ilk hadisə deyil. Çünki bəzi piyadalar keçiddən keçməməklə sürücüləri çətin vəziyyətdə qoyurlar.

Belə ki, paytaxtın Mərdəkan-Buzovna yolunda tez-tez piyadaların vurulması ilə nəticələnən ağır yol nəqliyyat hadisələri baş verir.

Qeyd edək ki, həmin yolda bir neçə ərazidə piyadalar üçün yerüstü keçid var. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, bəzi piyadalar keçiddən keçməməklə sürücüləri çətin vəziyyətdə qoyurlar.

Araz Əsgərli deyir ki, həmin yolda günün istənilən saatında baş vermiş bütün piyada vurulması halları kamerlarla qeydə alınır. Baş inspektor onu da əlavə etdi ki, bu ilin 9 ayı ərzində paytaxda 337 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 143 nəfər ölüb, 264 nəfər isə yaralanıb.

Bu ilin yanvarın 1-dən oktyabrın 1-dək paytaxt ərazisində ümumi qəzalardan 3-ü motosikletlə baş verib, 1 nəfər vəfat edib, 4 nəfər xəsarət alıb. Moped vasitəsi ilə 10 hadisə qeydə alınıb, 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Velosipedlərlə 4 hadisə olub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yük avtomobillərinin iştirakı ilə 11 hadisə qeydə alınıb, 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb. İctimai nəqliyyatda 8 hadisə baş verib, 1 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

loading...
Diaspora