DOST Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun növbəti beynəlxalq uğurları

DOST Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun növbəti beynəlxalq uğurları backend

Dünya Sosial Təminat Forumunda DSMF iki Mükəmməllik Sertifikatı, DOST Xidmət Keyfiyyəti üzrə beynəlxalq sertifikatla təltif edilib

Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları növbəti beynəlxalq uğurlara imza ataraq, Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən: 

 

  • Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Yaxşı idarəçilik” və “Xidmət keyfiyyəti” meyarları üzrə iki Mükəmməllik Sertifikatı,
  • DOST Agentliyi Tanınma Proqramının Xidmət Keyfiyyəti üzrə beynəlxalq sertifikatla

təltif edilib.

 

150 ölkədən 1000-dən çox nümayəndənin iştirak etdiyi Forumda mükafatlar DSMF sədri Himalay Məmişova və DOST Agentliyinin sədri Fərid Məmmədova təqdim edilib.

 

Mükəmməllik sertifikatları beynəlxalq müsabiqədə müstəqil ekspertlərin hərtərəfli təhlil və qiymətləndirməsinin yekunu olaraq təqdim olunub. Sertifikatlar DSMF-nin fəaliyyətinin effektiv idarəçilik, xidmətlərin keyfiyyəti üzrə beynəlxalq təlimatlara və əsas prinsiplərə mükəmməl səviyyədə cavab verdiyini, sosial təminat üzrə dünya standartlarına tam uyğunluğunu sübut edir. Fondun həmçinin proaktiv xidmət modeli çərçivəsində çevik və şəffaf rəqəmsal mexanizmləri, gələcəyə hədəflənən innovativ yanaşmaları qurumun bu iki mühüm mükafata layiq görülməsini şərtləndirib.

 

Bu ilin sentyabr ayında isə BSTA-dan DOST Agentliyinə DOST xidmətlərinin beynəlxalq standartlar səviyyəsinə çatdığı barədə rəsmi məktub alınıb. Beləliklə, DOST Agentliyi Azərbaycanda Tanınma Proqramından keçən və proqramı uğurla tamamlayan ilk qurum olub.

 

Qeyd edək ki, bundan əvvəl də DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını, DSMF Böyük Britaniyada “iESE – The Public Sector Transformation” Təşkilatının ali mükafatını, habelə hər iki qurum BSTA və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının 6 mükafatını alıb.

 

Beləliklə, hazırki yeni təltiflərlə Nazirliyin bu iki qurumu (DSMF və DOST) üzrə 2022-ci ildə əldə olunan beynəlxalq mükafatların sayı 11-ə çatıb.

 

BSTA 160 ölkədən 320 sosial sığorta və sosial müdafiə təşkilatını özündə birləşdirir və  dünyada sosial təminat üzrə qlobal kampaniyaya rəhbərlik edir.

Diaspora