Azərbaycan Milli Elmlər Akademiyasına yeni prezident seçilib.
APA xəbər verir ki, AMEA-nın Ümumi yığıncağında Nizamnaməyə uyğun olaraq Seçki Komissiyası yaradılıb və səsvermə keçirilib. AMEA-nın prezidenti vəzifəsinə akademik İsa Həbibəylinin namizədliyi təsdiqlənib.
Səsverməyə əsasən, İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçilib.
***
11:45
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçki keçirilir.
APA xəbər verir ki, seçki AMEA-nın Ümumi yığıncağında keçirilir.
AMEA-nın prezidenti vəzifəsinə əsas namizəd kimi akademik İsa Həbibbəylinin göstərildiyi bildirilir.
Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nın Prezidenti vəzifəsindən azad olunması ilə bağlı bu il fevralın 14-də ərizə yazıb. AMEA-nın Ümumi yığıncağında Qərara əsasən, AMEA-nın prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Akademiyanın birinci vitse-prezidenti Arif Həşimova həvalə olunub.