Nazirlik "WhatsApp"da yaranan problemlə bağlı - AÇIQLAMA

Nazirlik "WhatsApp"da yaranan problemlə bağlı -  AÇIQLAMA backend

“WhatsApp” messencerində yaranan problem aradan qaldırılıb.

"APA-Economics" xəbər verir ki, hazırda “WhatsApp” üzərindən mesaj yollamaq və almaq mümkündür.

***

11.31

Xəbər verdiyimiz kimi bu gün "WhatsApp" sosial şəbəkə platformasının işində problemlər yaranıb.

"APA-Economics" xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda problemin qlobal miqyas daşıdığı və bir çox ölkələrdə müşahidə olunduğu bildirilir.

 

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, hazırda bununla bağlı araşdırma aparılır:

"Hal-hazırda “WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir. “WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır".

loading...
Diaspora