Azərbaycanda gələn il üçün icbari tibbi sığorta fonduna ayrılan vəsait məlum olub

Azərbaycanda gələn il üçün icbari tibbi sığorta fonduna ayrılan vəsait məlum olub backend

Azərbaycanda gələn il üçün icbari tibbi sığorta fonduna ayrılan vəsait məlum olub.

"Report"un xəbərinə görə, bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.

Qeyd olunub ki, gələn il icbari tibbi sığorta fonduna 1 milyard 263 milyon 820 min 170 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Qeyd edək ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Diaspora